...

Volkan Bozkır: Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokolları ratifikasiya edilməyəcək

Siyasət Materials 21 Noyabr 2011 10:45 (UTC +04:00)
Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokolları ratifikasiya edilməyəcək
Volkan Bozkır: Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokolları ratifikasiya edilməyəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir E.Mehdiyev/

Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokolları ratifikasiya edilməyəcək. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komitəsinin sədri Volkan Bozkır bazar ertəsi jurnalistlərə deyib.

"Türkiyə və Ermənistan arasındakı protokolların imzalanıb-imzalanmamasında məsul şəxslərdən biriyəm. Bu protokollar imzalanmayacaq", - Bozkır bildirib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti noyabrın 21-dən Azərbaycanda görüşlər keçirəcək.

Xarici işlər komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti bazar ertəsi səfər proqramına Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etməklə başlayıb.

Nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov, həmçinin parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşəcəklər. Görüşlərdə Azərbaycan və Türkiyə parlamentləri arasında münasibətlər, əlaqələrin inkişafı müzakirə olunacaq.

Ötən ilin oktyabrında Sürixdə Türkiyə və Ermənistan XİN rəhbərləri ölkələr arasında 1993-cü ildə dayandırılan ikitərəfli münasibətlərin normallaşdırılması haqqında protokol imzalayıblar. Protokolların qüvvəyə minməsi üçün hər iki ölkənin parlamenti onu ratifikasiya etməlidir.

Türkiyə hökuməti bəyan edib ki, Ankaranın Yerevanla münasibətləri Ermənistan Azərbaycanın işğal etdiyi əraziləri azad etdikdən sonra bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti