...

Bakıda ABŞ-Azərbaycan hərbi dəniz qüvvələrinin əməkdaşlığı müzakirə edilib

Siyasət Materials 21 Noyabr 2011 16:29 (UTC +04:00)
Səfər Əbiyevin bazar ertəsi Bakıda səfərdə olan ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin katibi Rey Mabusla görüşü olub.
Bakıda ABŞ-Azərbaycan hərbi dəniz qüvvələrinin əməkdaşlığı müzakirə edilib

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin bazar ertəsi Bakıda səfərdə olan ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin katibi Rey Mabusla görüşü olub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Səfər Əbiyev ABŞ-Azərbaycan hərbi dəniz qüvvələri arasında əlaqələrin mövcud vəziyyətindən danışıb. Öz növbəsində, Rey Mabus səfərini ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyətin tərkib hissəsi kimi qiymətləndirməyin vacibliyini vurğulayıb.

Görüş zamanı regiondakı vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza da iştrak edib.

Xəbər lenti

Xəbər lenti