...

Azərbaycan nümayəndələri Rusiyanın Dövlət Dumasına seçkilərdə monitorinq keçirəcəklər

Siyasət Materials 22 Noyabr 2011 16:34 (UTC +04:00)
Azərbaycan nümayəndələri Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsində Dövlət Dumasına seçkilərdə monitorinq keçirəcəklər.
Azərbaycan nümayəndələri Rusiyanın Dövlət Dumasına seçkilərdə monitorinq keçirəcəklər

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Azərbaycan nümayəndələri Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsində Dövlət Dumasına seçkilərdə monitorinq keçirəcəklər.

MDB Parlamentlərarası Assambleyası (PAA) Şurasının baş katibinin müavini, Azərbaycan Milli Məclisinin bu təşkilatdakı daimi nümayəndəsi Aydın Cəfərov, MDB PAA Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun (DİMBİ) Bakı filialının direktoru Elman İmaməliyev, həmin filialın əməkdaşları və iki eksperti Rusiya Federasiyasında altıncı çağırış Dövlət Dumasına dekabrın 4-də keçiriləcək seçkilərin uzunmüddətli monitorinqini keçirmək məqsədilə Rusiyanın Şimali Qafqaz Federal Dairəsinə yola düşüblər.

Trend-in məlumatına görə, İnstitutun Bakı filialının məlumatında deyilir ki, monitorinq zamanı ekspert qrupu seçki komissiyalarının fəaliyyətini, namizədlərin və siyası partiyaların qeydiyyatını, KİV-lərin seçkiqabağı fəaliyyətinin monitorinqini aparacaq və aralıq hesabat hazırlayacaqlar.

Səfər noyabrın 26-da başa çatacaq. Nümayəndə heyəti dekabrın 4-də keçiriləcək seçkiləri müşahidə etmək və yekun hesabat hazırlamaq üçün Şimali Qafqaz Federal Dairəsinə yenidən səfər edəcək.

Xəbər lenti

Xəbər lenti