...

Oqtay Əsədov: Azərbaycanda əhalinin sovet dövründə banklarda qalmış əmanətlərinin qaytarılması ilə bağlı qanun qəbul olunmalıdır

Siyasət Materials 22 Noyabr 2011 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda əhalinin sovet dövründə banklarda qalmış əmanətlərinin qaytarılması üçün vəsait var və hökumət tərəfindən bu mexanizmin hazırlanması üçün işlər aparılır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

O qeyd edib ki, bu məsələ ilə bağlı qanun qəbul olunmalıdır.

"Qanun layihəsi ilə yanaşı, indeksləşdirmə və qaytarılma mexanizmi hazırlanmalıdır. Mən maliyyə naziri Samir Şərifovla danışmışam və bu istiqamətdə işlər aparılır. Prezidentin də bununla bağlı böyük narahatlığı var. Mexanizm hazırlanandan sonra qanun layihəsi Milli Məclisə çıxarıla və biz onu qəbul edə bilərik. Bu məsələdən danışan zaman bir az ehtiyatlı olmalıyıq. Azərbaycan qədər qaçqını, miqrantı olan ölkə yoxdur. Biz çalışmalıyıq ki, qaytarılan əmanətlər Azərbaycanda qalsın, başqa yerlərə getməsin", - Əsədov bildirib.

Xəbər lenti

Xəbər lenti