...

Akademik Ziya Bünyadovun 90 illik yubileyi keçiriləcək

Siyasət Materials 24 Noyabr 2011 19:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Akademik Ziya Bünyadovun 90 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi ilə birlikdə akademik Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2011-ci ilin dekabr ayında Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun anadan olmasının 90 ili tamam olur.

Zəngin və çoxşaxəli yaradıcılığı sayəsində Ziya Bünyadov respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr verib. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində meydana gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid çox sayda mənbələrin tərcüməsi ilə yanaşı onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırıb. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir.

Xəbər lenti

Xəbər lenti