...

Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin III Qurultayı keçirilir (FOTO)

Siyasət Materials 25 Noyabr 2011 12:23 (UTC +04:00)
Bu gün Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) III Qurultayı öz işinə başlayıb.
Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin III Qurultayı keçirilir (FOTO)

Trend-i buradan izləyin

Rusiya, Moskva, 25 noyabr /Trend, xüsusi müxbir V.Aleksandrov/

Bu gün Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) III Qurultayı öz işinə başlayıb.

ÜAK-ın prezidenti Məmməd Əliyev giriş nitqi ilə qurultay nümayəndələrinə müraciət edib. Qurultayda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Prezidenti Administrasiyasının Regionlararası və xarici ölkələrlə mədəni əlaqələr İdarəsinin rəizi Sergey Vinokurov çıxış ediblər.

Ramiz Mehdiyev Azərbaycan diasporunu qurultayın açılışı münasibətilə təbrik edib və Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrikini çatdırıb.

Rusiya Prezidenti Administrasiyasının nümayəndəsi isə Dmitri Medvedevin təbrik məktubunu oxuyub.

Qurultayın işində Rusiya Federasiyasının 72 regionundan 130 nümayəndə iştirak edir. Qurultayda qonaq qismində dövlət nümayəndələri, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirlər.

Qurultayda hesabat dövründə görülən işlər haqqında məruzə dinləniləcək, təşkilatın nizamnaməsinə düzəlişlərin edilməsi ilə bağlı təkliflər müzakirə olunacaq, ÜAK-ın fəaliyyətinin təkmilləşdirilməsi və Konqres qarşısında duran vəzifələr haqqında fikir mübadiləsi aparılacaq.

Qurultayda bir sıra vacib sənədlərin qəbul ediləcəyi gözlənilir.

Ümumrusiya Azərbaycan Konqresi 2000-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə təsis olunub. Fəaliyyət göstərdiyi müddət ərzində ÜAK Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirib.

Xəbər lenti

Xəbər lenti