Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Sabit Rəhmаn аdınа Şəki Dövlət Drаm Tеаtrı binasının yenidən qurulması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Sabit Rəhmаn аdınа Şəki Dövlət Drаm Tеаtrı binasının yenidən qurulmasına başlanması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.