...

Romada "Azərbaycan" adlı fotoalbomun təqdimatı olacaq

Siyasət Materials 29 Noyabr 2011 19:34 (UTC +04:00)
Azər Kərimli Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün noyabrın 30-da İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.
Romada "Azərbaycan" adlı fotoalbomun təqdimatı olacaq

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələri üzrə işçi qrupunun rəhbəri Azər Kərimli Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün noyabrın 30-da İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Milli Məclisin mətbuat xidməti xəbər verir.

Bu əlamətdar hadisə ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək tədbirlərdə "Azərbaycan" adlı fotoalbomun təqdimat mərasimi keçiriləcək, ölkəmizin milli adət və ənənələrini əks etdirən nümunələr, qədim əlyazmalar sərgilənəcək, konsert proqramı nümayiş etdiriləcək.

Mərasimə İtaliya Senatı və Deputatlar Palatasının nümayəndələri qatılacaqlar.

Səfər dekabrın 9-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti