...

Azərbaycan, İran və Türkiyə XİN başçılarının müavinləri üçtərəfli danışıqlar keçirib

Siyasət Materials 30 Noyabr 2011 01:10 (UTC +04:00)
Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri çərşənbə axşamı Tehranda üçtərəfli danışıqlar keçiriblər.
Azərbaycan, İran və Türkiyə XİN başçılarının müavinləri üçtərəfli danışıqlar keçirib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri çərşənbə axşamı Tehranda üçtərəfli danışıqlar keçiriblər.

Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə Xələf Xələfov, Məhəmməd Əli Fəthullahi və Mehmet Gücük ticarət, sənaye, investisiya, nəqliyyat, rabitə, elm və texnika, turizm və mədəniyyət sahələrində əməkdaşlığı stimullaşdırmasını müzakirə ediblər.

Üç ölkənin nümayəndələri həmçinin Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin Naxçıvanda baş tutacaq iclasının tarixini müəyyən etməlidirlər.

Xəbər lenti

Xəbər lenti