...

Azərbaycanın xarici işlər naziri ATƏT XİNŞ-in iclasında iştirak edəcək

Siyasət Materials 1 Dekabr 2011 17:32 (UTC +04:00)
Elmar Məmmədyarov dekabrın 6-7-də Vilnüsdə keçiriləcək ATƏT iştirakçısı olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) XVIII iclasında iştirak edəcək.
Azərbaycanın xarici işlər naziri ATƏT XİNŞ-in iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 6-7-də Vilnüsdə keçiriləcək ATƏT iştirakçısı olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) XVIII iclasında iştirak edəcək. Bu barədə cümə axşamı Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

İclas ATƏT-in fəaliyyətdə olan rəhbəri Litvanın xarici işlər naziri Audronyus Ajubalisin sədrliyi ilə keçiriləcək.

Tərəflər 2011-ci il ərzində təşkilatın fəaliyyətini müzakirə etməyi, eləcə də öz ölkələrinin təhlükəsizlik məsələləri ilə bağlı mövqelərini təqdim etməyi planlaşdırırlar.

Vilnüsdə ATƏT XİNŞ çərçivəsində GUAM ölkələrinin xarici işlər nazirlərinin iclası da keçiriləcək. Orada Azərbaycan XİN rəhbərinin iştirakı da gözlənilir.

Elmar Məmmədyarovun digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti