...

Sanksiyalar Suriyaya təsir etməyəcək - Bəşşar Əsəd

Siyasət Materials 7 Dekabr 2011 16:19 (UTC +04:00)
Bir sıra ölkələr tərəfindən Suriyaya qarşı qəbul edilən sanksiyalar ölkəyə heç cür təsir etməyəcək.
Sanksiyalar Suriyaya təsir etməyəcək - Bəşşar Əsəd

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir A.Tağıyeva/

Bir sıra ölkələr tərəfindən Suriyaya qarşı qəbul edilən sanksiyalar ölkəyə heç cür təsir etməyəcək. Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bunu çərşənbə günü Suriya Prezidenti Bəşşar Əsəd deyib.

Əsəd onu da bildirib ki, BMT-nin Suriyadakı toqquşmalarda ölənlərin sayı barədə iddiası həqiqəti əks etdirmir. Onun sözlərinə görə, toqquşmalarda öldürülənlərin əksəriyyəti Suriya ordusunun hərbçiləridir.

Suriyada 9 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Son zamanlar xüsusən Livan və Türkiyə ilə sərhəd rayonlarındakı qarşıdurmalar getdikcə zorakılıq, dinlərarası xarakter alır. Gündəlik olaraq, həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları tərəfindən ölənlərin olması barədə məlumatlar daxil olur.

BMT-nin məlumatına görə, həlak olanların sayı 3,5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 1,5 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.

Xəbər lenti

Xəbər lenti