...

Azərbaycan və Meksika ticarət və neft sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Materials 13 Dekabr 2011 11:06 (UTC +04:00)
Azərbaycan və Meksika ticarət və neft sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir.
Azərbaycan və Meksika ticarət və neft sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı 13 dekabr /Trend, müxbir M.Əliyev /

Azərbaycan və Meksika ticarət və neft sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Meksika konqresinin Bakıda səfərdə olan nümayəndə heyətinin rəhbəri Karlos Ximenes Masias jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Meksika öz regionunda neft sektoru üzrə lider ölkələrdən biridir və Azərbaycanla bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi mümkündür.

Masias həmçinin bildirib ki, yoxsulluğun azaldılması ilə bağlı Azərbaycanın kifayət qədər uğurları var. Meksikada bu problemin mövcudluğunu nəzərə alaraq, Azərbaycanda həyata keçirilən bəzi məsələləri öyrənmək niyyətindədir.

O, deyib ki, Meksika Konqresi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu məsələdə müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana öz dəstəyini verib.

"Ümid edirəm ki, münaqişə sülh və əmin-amanlıq şəraitində həll olunacaq", - Masias bildirib.

Xəbər lenti

Xəbər lenti