...

ABŞ-ın Azərbaycandakı səfiri erməni lobbisini ona səs verməyə çağırıb

Siyasət Materials 22 Dekabr 2011 17:24 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri erməni lobbisini ona səs verməyə çağırıb.
ABŞ-ın Azərbaycandakı səfiri erməni lobbisini ona səs verməyə çağırıb

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir M.Əliyev/

ABŞ-ın Azərbaycandakı səfiri erməni lobbisini ona səs verməyə çağırıb.

"Mən erməni lobbisinin yerinə olsaydım, Azərbaycana səfir təyinatında ancaq Metyu Brayzaya səs verərdim", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Metyu Brayza deyib.

ABŞ Senatı hələ də Metyu Brayzanın Azərbaycandakı səfir vəzifəsinə namizədliyindən imtina etməyib və əvvəlki kimi onu nəzərdən keçirir.

Prezident Barak Obama 2010-cu ilin dekabrında Metyu Brayzanı Azərbaycana səfir təyin edib. ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri postu keçmiş səfir Enn Dörsinin səlahiyyət müddətinin başa çatdığı 2009-cu ilin iyulundan boş qalmışdı.

ABŞ Konstitusiyasına görə, prezidentin irəli sürdüyü namizədlər ABŞ Konqresinin Senatında təsdiq olunmalıdır. Lakin Konqresin sessiyalararası tətildə olması ilə əlaqədar prezident təkbaşına kadr təyinatları edə bilər.

Brayze bunu onunla izah edib ki, təkcə ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərdiyi zaman həm Ermənistana, həm də Azərbaycana qarşı kifayət qədər obyektiv olub.

"Hətta o vaxt mən azərbaycanlı dostlarım tərəfindən dəfələrlə tənqidə məruz qalmışam və ermənilərə qarşı heç vaxt qeyri-obyektiv olmamışam. İndi ermənilərin mənim səfir təyinatıma qarşı çıxmalarını heç cür başa düşə bilmirəm", - o deyib.

Brayza bildirib ki, ABŞ-da olanlar buradakı vəziyyəti yaxşı başa düşmürlər.

"Senatda mənim əleyhimə çıxanlar buradakı vəziyyəti analiz edib düzgün qərar çıxaracaqlar", - səfir güman edir.

Brayza həmçinin bildirib ki, hazırki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında danışıqların tempi zəifləyib.

"Buna görə də gələn ilin əvvəlində iki ölkə prezidentlərinin görüşməsi zəruridir", - o deyib.

Xəbər lenti

Xəbər lenti