...

Dənizkənarı Bulvarda genişləndirmə işləri üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 27 Dekabr 2011 19:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Dənizkənarı Bulvarda genişləndirmə işləri üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamçda qeyd edilir ki, Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı işlərin görülməsini təmin etmək üçün Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti