...

Azərbaycanın müxalifət partiyasının sədri yeni blokların yaranacağını istisna etmir

Siyasət Materials 5 Yanvar 2012 13:15 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri növbəti prezident seçkiləri ərəfəsində yeni siyasi blokların yaranmasını istisna etmir.
Azərbaycanın müxalifət partiyasının sədri yeni blokların yaranacağını istisna etmir

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif Demokrat Partiyasının (ADP) sədri növbəti prezident seçkiləri ərəfəsində yeni siyasi blokların yaranmasını istisna etmir.

"Yeni siyasi blokların yaradılması prezident seçkiləri ərəfəsində meydana çıxacaq şərtlərdən asılı olacaq" bunu cümə axşamı Trend-ə ADP-nin sədri Sərdar Cəlaloğlu bildirib.

Bloklaşma ilə bağlı indidən dəqiq proqnozun verilməsinin çətin olduğunu deyən ADP sədri bildirib ki, müxalifət həm beynəlxalq, həm ölkə daxilindəki, həm də partiyaların öz daxilindəki şərtlərın hansı addımları atmağı tələb etməsinə baxmalıdır.

Cəlaloğlu hesab edir ki, prezident seçkiləri ərəfəsində seçkilərdə iştirakla bağlı həmin dövrdə həm dünyada gedən hadisələr, həm ölkədəki durum, həm də partiyada vəziyyət nəzərə alınıb konkret qərar veriləcək.

Cəlaloğlu müxalifətin prezident seçkilərində vahid namizədlə iştirakın həmin vaxt yaranacaq situasiyadan asılı olacağını deyib.

Onun sözlərinə görə, siyasi qərarlar yalnız partiya liderlərinin subyektiv iradəsinə deyil, partiyaların müəyyən maraqlarına, cəmiyyətin sosial sifarişinə, beynəlxalq ictimayyətin gözləntilərinə əsaslanır.

Azərbaycanda prezident seçkisinin 2013-cü ilin sonlarında keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti