...

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi həbs olunub

Siyasət Materials 6 Yanvar 2012 09:19 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlker Başbuğ məhkəmə zalından birbaşa həbsxanaya göndərilib.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi həbs olunub

Azərbaycan, Bakı, 6 yanvar / Trend /

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlker Başbuğ məhkəmə zalından birbaşa həbsxanaya göndərilib.

Trend-in məlumatına görə, Euronews xəbər verir ki, o, dövlət çevrilişi etmək planının hazırlanmasında və dövlət orqanlarının vəzifələrini yerinə yetirməsinə əngəl törətməkdə şübhəli bilinərək həbs olunub.

İlker Başbuğ 2010-cu ildə istefaya göndərilib. Hazırda onun hökumətə qarşı yaradılan "Ergenekon" adlanan qrupla əlaqələrinin olub-olmadığı yoxlanılır.

İlker Başbuğ Türkiyə tarixində mülki məhkəməyə ifadə verən və həbs olunan ilk sabiq Baş Qərargah rəisidir.

Xəbər lenti

Xəbər lenti