...

İranda casusluqda ittiham edilən ABŞ vətəndaşı edama məhkum olunub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Yanvar 2012 20:49 (UTC +04:00)
İranda ABŞ-a casusluqda ittiham edilən İran əsilli ABŞ vətəndaşı Əmir Mirzai Hikməti edama məhkum olunub.
İranda casusluqda ittiham edilən ABŞ vətəndaşı edama məhkum olunub (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:35-də yayılıb)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir T.Cəfərov/

İranda ABŞ-a casusluqda ittiham edilən İran əsilli ABŞ vətəndaşı Əmir Mirzai Hikməti edama məhkum olunub. Bunu İranın Baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi deyib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Əjeyi jurnalistlərə müsahibəsində bildirib ki, Hikməti haqqında edam hökmü verilib, hökmdən apelyasiya şikayəti verilə bilər.

İranın kəşfiyyat xidməti dekabr ayının əvvəlində Əmir Mirzai Hikmətinin etiraflarını İran dövlət televiziyası vasitəsilə yayımlamışdı. Dekabrın 27-də isə Hikmətinin ilk məhkəmə prosesi keçirilmişdi.

Hikməti 2001-ci ildə ABŞ-ın hərbi qüvvələrinə qoşulub və orada tərcüməçi kimi xidmət edib. İran Hikmətinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusu olduğunu bildirib.

İran hökuməti dəfələrlə ABŞ-ı İranda gizli kəşfiyyat əməliyyatları həyata keçirməkdə ittiham edib.

Mayın 23-də İranın təhlükəsizlik naziri Heydər Müslehi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə çalışan 30 casusun həbs olunması ilə bağlı məlumat vermişdi.

Xəbər lenti

Xəbər lenti