Koreya Respublikasının parlament rəhbərinin sözləri əlavə olunub, başlıq dəyişdirilib (ilk variant 15:48-də yayılıb)
Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Mehdiyev/
Koreya Respublikası Azərbaycanla münasibətləri bir çox sahələrdə inkişaf etdirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıya səfəri zamanı jurnalistlərə Koreya Respublikası Xalq Assambleyasının sədri Pak Hi-Tae deyib.
Bu səfər Azərbaycanın müstəqilliyi dövründə iki dövlətin münasibətləri tarixində ilk səfərdir.
Bu il iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyi qeyd edilir.
Pak Hi-Taenin sözlərinə görə, iki xalq qardaşdır.
"Azərbaycan enerji resursları ilə zəngindir və Koreya da müəyyən iqtisadi uğurlara malikdir. İndiki münasibətlərimiz bu kontekstdə inkişaf edəcək", - o deyib.
Səfər çərçivəsində Koreyanın qanunvericilik orqanının rəhbəri Milli Məclisin rəhbərliyi ilə görüşməyi planlaşdırır.
Habelə, səfər proqramına Fəxri və Şəhidlər xiyabanlarını ziyarət, paytaxtın görməli yerləri ilə tanışlıq və həmvətənlərlə görüş daxildir.