...

Azərbaycan Prezidenti İsveçrədəki səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 13 Yanvar 2012 20:10 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İsveçrədəki səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin; Xarici İşlər Nazirliyi həmin səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti