...

Azərbaycan Prezidenti Nizami Gəncəvinin heykəlinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 14:17 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncəyə səfəri çərçivəsində "Xəmsə" abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti Nizami Gəncəvinin heykəlinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncəyə səfəri çərçivəsində "Xəmsə" abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak edib.

Dövlətimizin başçısı dahi şairin heykəlinin üzərindən örtüyü götürdü, önünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, Nizami Gəncəvinin əsərlərinin motivlərinə həsr olunmuş kompleksin inşasında qədim Azərbaycan memarlığına istinad edilib. "Xəmsə" abidə kompleksi 8 künc, bürc, şam, çarhovuz və digər elementlərdən istifadə edilərək ucaldılıb. Kompleksdə Nizami Gəncəvinin "Leyli və Məcnun", "Sirlər xəzinəsi", "Yeddi gözəl", "Xosrov və Şirin", "İskəndərnamə" poemalarının hər birinə aid abidə qoyulub. Bununla da Nizami yaradıcılığını əks etdirən son dərəcə nadir bir sənət abidəsi ərsəyə gəlib.

Keçmişə bağlılıq, əcdadlarımızdan gələn mədəni dəyərlərin qorunub saxlanılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biridir. Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan olan "Xəmsə" abidə kompleksi də dövlətimizin başçısının Nizami yaradıcılığına verdiyi önəmi bir daha təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti