...

Azərbaycan Prezidenti Gəncədə "Qala" kompleksinin tikinti işlərinin gedişi ilə maraqlanıb (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 14:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncədə inşa olunan "Qala" kompleksinin tikinti işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Prezidenti Gəncədə "Qala" kompleksinin tikinti işlərinin gedişi ilə maraqlanıb (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Gəncədə inşa olunan "Qala" kompleksinin tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısı Gəncənin Bakıdan girişinin eskiz layihəsi ilə tanış oldu. Məlumat verildi ki, inşasına ötən ilin aprelində başlanılan "Qala" kompleksi şəhərin girişində, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində tikilir. Yolun sağı və solu genişləndirilərək 22 metrə çatdırılıb. Qala divarının hər birinin uzunluğu 47, hündürlüyü 15 metr, qala qülləsinin hündürlüyü isə 22 metrdir. Yol boyu hər iki tərəfdə istinad divarları tikilir. Qalanın Gəncə qapılarının eni 5, hündürlüyü 7 metrdir. Yuxarı hissədə 6 metr diametrində Gəncənin gerbi və gerbin hər tərəfində tuncdan hazırlanmış şir heykəlləri qoyulacaq.

Qeyd edildi ki, qalanın qarşısında "Xəmsə" bulağı inşa ediləcək. Bundan başqa, "Qala" və Nizami Gəncəvinin məqbərə kompleksləri arasındakı 4,6 kilometrlik yol yenidən qurulur. Yol boyu Nizaminin "Xəmsə"sinə daxil olan əsərlərin adları həkk edilmiş 5 nəhəng kitab-abidə memarlıq elementi, habelə şairin ölməz qəhrəmanlarının obrazlarını canlandıran heykəllərin ucaldılması və fəvvarələrin tikilməsi nəzərdə tutulur. Yol boyu park zolağı salınacaq, 3 fəvvarə inşa ediləcək.

Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti