...

Hulusi Kılıç: Fransa Senatının qəbul etdiyi qanun fikir, söz və ifadə azadlığına qarşıdır

Siyasət Materials 25 Yanvar 2012 11:46 (UTC +04:00)
Fransa Senatının qondarma "erməni soyqırımı"na dair qəbul etdiyi qanun fikir, söz və ifadə azadlığına qarşıdır.
Hulusi Kılıç: Fransa Senatının qəbul etdiyi qanun fikir, söz və ifadə azadlığına qarşıdır

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Fransa Senatının qondarma "erməni soyqırımı"na dair qəbul etdiyi qanun fikir, söz və ifadə azadlığına qarşıdır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.

Kılıçın sözlərinə görə, bu, çox az sayda siyasətçinin bir oyunudur və Fransanın mövcud prinsiplərinə uyğun gəlmir.

Səfirin fikrincə, belə qanunun qəbulu fransız xalqının tarixinə ləkədir.

"Biz türk dünyası olaraq bunu qınayırıq. Bunu bizə qarşı edilən hörmətsizlik kimi qəbul edirik. Fransanın Türkiyəni mühakimə etmək səlahiyyəti yoxdur", - səfir əlavə edib.

Kılıç bildirib ki, Azərbaycan xalqının və hakimiyyətinin bununla bağlı nümayiş etdirdiyi mövqeyi təqdir edir və buna görə təşəkkürünü bildirir.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti