...

Türkiyə Avropa İttifaqının üzvü olmalıdır - Böyük Britaniyanın Baş naziri

Siyasət Materials 25 Yanvar 2012 21:18 (UTC +04:00)
Böyük Britaniyanın Baş naziri hesab edir ki, Türkiyə Avropa İttifaqının üzvü olmalıdır.
Türkiyə Avropa İttifaqının üzvü olmalıdır - Böyük Britaniyanın Baş naziri

Fransa, Strasburq, 25 yanvar /Trend, müxbir A.Məhərrənmli/

Böyük Britaniyanın Baş naziri hesab edir ki, Türkiyə Avropa İttifaqının üzvü olmalıdır.

"Biz Türkiyə və Avropa İttifaqının digər üzvləri çox sıx əlaqələrin qurulmasına çalışmalıyıq. Əgər Yaxın Şərqdə terror və nüvə təhlükəsi haqqında düşünsək, Türkiyənin bu regionla sıx bağlı olduğunu görərik. Biz birgə yaşamanın yolları haqqında düşünməli və elə etməliyik ki, müsəlman Türkiyəsi Avropa İttifaqının üzvü olsun. Türkiyə ilə Böyük Britaniya arasında çoxdandır sıx əlaqələr mövcuddur. Mənim bu münasibətlərin bundan sonra da uğurla davam etdirilməsində mövqeyim qətidir və buna çalışacağam", - Trend-in məlumatına görə, bu fikirləri çərşənbə günü AŞ PA-nın qış sessiyasında çıxış zamanı Böyük Britaniyanın Baş naziri Devid Kameron Fransa Senatında qəbul olunan qanun layihəsi və Türkiyə ilə ölkəsi arasındakı əlaqələrə münasibət bildirərkən deyib.

"Böyük Britaniya da keçmişə yönəlik qanunlar qəbul edilib. Bu, müəyyən hadisələrə görə məsulliyət daşıyan şəxslərin cəzalandırılması üçün edilib. Hesab edirəm ki, biz indiki zamanla yaşamalıyıq", - Kameron bildirib.

Xəbər lenti

Xəbər lenti