...

Acariya və Naxçıvan əməkdaşlıq edəcək

Siyasət Materials 27 Yanvar 2012 10:35 (UTC +04:00)
Acariya və Naxçıvan Muxtar Respublikası sıx əməkdaşlığa başlayacaq.
Acariya və Naxçıvan əməkdaşlıq edəcək

Gürcüstan, Tbilisi, 27 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Acariya və Naxçıvan Muxtar Respublikası sıx əməkdaşlığa başlayacaq.

Acariya Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin möhkəmləndirilməsi məsələsini Batumidə Acariya hökumətinin rəhbəri Levan Varşalomidze və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn müzakirə edib.

Görüşdə habelə Azərbaycanın baş konsulu Hüseyn Nəcəfov iştirak edib.

Acariya hökumətinin mətbuat xidmətindən Trend-ə bildirildiyi kimi, Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün cümə günü Batumiyə gələcək.

Varşalomidze və Hüseyn iki ölkənin qarşılıqlı əlaqələri məsələsini də müzakirə ediblər.

"Acariyanın Azərbaycanın bir sıra şəhərləri və regionları ilə sıx dostluq əlaqələri qurulur və bu əlaqələr dərinləşməlidir", - o qeyd edib.

Acariya hökumətinin mətbuat xidmətinin məlumatında deyildiyi kimi, NMR nümayəndə heyətinin ikigünlük səfəri zamanı iqtisadi və mədəni əlaqələrin qurulması məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti