Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbir S.Ağayeva /
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefor regiona səfəri çərçivəsində fevralın 6-da Azərbaycana gələcək. Bu barədə bazar ertəsi Trend-ə Aİ-nin Bakı ofisindən məlumat verilib.
O Bakıda ölkənin rəsmi şəxsləri ilə görüşəcək və gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Lefor bu gün Yerevana gedir.