...

Azərbaycan və Makedoniya gənclərinin əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 6 Fevral 2012 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir E.Mehdiyev/

Azərbaycanda səfərdə olan Makedoniya Türk Demokratlar Partiyasının (MTDP) Gənclər Forumunun təmsilçilərindən ibarət nümayəndə heyəti bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında görüş keçirib.

Trend-in məlumatına görə, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov görüşdə bildirib ki, səfər Azərbaycan və Makedoniya gəncləri arasında dostluğun möhkəmləndirilməsinə töhfə verəcək. Əhmədov bundan sonra da əlaqələrin genişləndirilməsi istiqamətində qarşılıqlı layihələrin gerçəkləşdiriləcəyinə ümidvar olduğunu bildirib.

Makedoniya nümayəndə heyətinə MTDP Gənclər Forumunun sədr müavini Hacı Fuad Eyyub, Forumun katibləri Ümid Rəcəb və Acrulla Yusif daxildirlər.

Makedoniyalı gənclər bu görüşün gələcək əməkdaşlıq üçün böyük zəmin yaradacağına əmin olduqlarını bildiriblər və bu sahədə həyata keçiriləcək layihələr, görüləcək işlər barədə danışıblar.

Makedoniya nümayəndə heyəti bazar ertəsi həmçinin YAP Gənclər Birliyində də görüş keçirib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov görüşdə bildirib ki, bu gün Azərbaycan gəncləri xarici ölkələrdə təhsil alırlar, xaricdə də ölkəni şərəflə təmsil edirlər.

Qonaqlar Azərbaycan-Makedoniya gəncləri arasında bundan sonra daha geniş əlaqələr qurulması, təmsil etdikləri partiyanın Gənclər Forumu ilə YAP Gənclər Birliyi arasında əlaqələrin inkişaf etdirilməsində müəyyən işlər görəcəklərini diqqətə çatdırıblar.

Xəbər lenti

Xəbər lenti