...

PKK terror aktlarında uşaqlardan istifadə edir - Ərdoğan

Siyasət Materials 8 Fevral 2012 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Tağıyeva/

Terrorçu Kürd Fəhlə Partiyası (PKK) öz terror aktlarını həyata keçirmək üçün uşaqlardan istifadə edir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə hakimiyyəti PKK-nın 1994-cü ildən Türkiyədə terror aktlarını həyata keçirmək üçün Suriyadan uşaqların cəlb etdiyini təsdiq edən faktlara malikdir", - Ərdoğan qeyd edib.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti