...

Naxçıvan MR Ali Məclisinin sədrinə orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyəti verilib

Siyasət Materials 8 Fevral 2012 20:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb.
Naxçıvan MR Ali Məclisinin sədrinə orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyəti verilib

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələrinin, o cümlədən xüsusi təyinatlı (müdafiə, milli təhlükəsizlik və sərhəd xidməti istisna olmaqla) orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə verilsin.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti