...

Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqların yeni vaxtı bəlli olub

Siyasət Materials 9 Fevral 2012 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 fevral /Trend müxbir М.Əliyev/

Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar martın 1-2-də keçiriləcək. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, iclas Bakıda qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Qeyd olunan iclasın fevralın ilk ongünlüyündə keçirilməsi nəzərdə tutulurdu. Ötən il dekabrın 20-də Avropa İttifaqı Nazirlər Şurası Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlamaq üçün mandat verib. Viza rejiminin sadələşdirilməsi viza alınması üçün tələb olunan sənədlərin sayının və viza rüsumunun azaldılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti