...

Əmman və Bakı iqtisadi əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 13 Fevral 2012 18:40 (UTC +04:00)
İordaniya parlamentenin Aşağı palatasının spikeri Əbdül Kərim Duqmi bazar ertəsi Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı ilə iki ölkə arasında daha sıx parlament və iqtisadi əməkdaşlığnın qurulması yollarını müzakirə edib.
Əmman və Bakı iqtisadi əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.Tariverdiyeva/

İordaniya parlamentenin Aşağı palatasının spikeri Əbdül Kərim Duqmi bazar ertəsi Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı ilə iki ölkə arasında daha sıx parlament və iqtisadi əməkdaşlığnın qurulması yollarını müzakirə edib. Bu barədə bazar ertəsi Trend İordaniyanın "Petra" xəbər agentliyinə istinadən məlumat verir.

Duqmi İordaniya və Azərbaycan arasındakı münasibətlərdə əsasən parlament və iqtisadi sahələrdə əməkdaşlığa söykənməyin vacibliyini qeyd edib.

Görüş zamanı tərəflər, həmçinin Yaxın Şərqdəki cari vəziyyəti, habelə qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçiriblər.

Azərbaycan səfiri iki ölkə arasında münasibətlərin fəallaşdırılmasının, təcrübə mübadiləsinin və birgə iqtisadi layihələrin yaradılmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti