...

Elmar Məmmədyarov Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 13 Fevral 2012 18:34 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşevi ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşevi ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüş zamanı İrqaşev Azərbaycanda işlədiyi dövrdə Özbəkistanla Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlıq bildirib.

Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın prinsipial mövqe sərgilədiyinə görə Özbəkistan hökumətinə öz təşəkkürünü bildirib.

Elmar Məmmədyarov İrqaşevə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti