...

VHP sədri ATƏT-in Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün apardığı işləri pisləyib

Siyasət Materials 21 Fevral 2012 15:31 (UTC +04:00)
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb.
VHP sədri ATƏT-in Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün apardığı işləri pisləyib

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb.

VHP mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ATƏT-in Bakı ofisində baş tutan görüşdə Milli Məclis və qanun yaradıcılığı, qanunların icrası, "Siyasi partiyalar haqqında" qanunun təkmilləşməsi, partiyaların dövlət büdcəsindən maliyyələşməsi, seçki qanunvericiliyi və s. məsələlər müzakirə olunub.

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda da siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin vaxtının çatdığını söyləyib. Bu işin reallaşması niyyəti ilə ofisin qabaqcıl ölkələrin təcrübəsinin mənimsənilməsi üçün seminarlar keçirdiyi və Venesiya Komissiyasının öz təkliflərini təqdim etdiyi diqqətə çatdırılıb.

VHP sədri ATƏT-in Bakı ofisinin fəaliyyətini dəyərləndirməklə yanaşı, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün aparılan işləri pisləyib və Minsk qrupunun öz missiyasını başa vurmadan ölü təşkilata çevrildiyini qeyd edib. Xüsusilə, Senatın qəbul etdiyi məlum qanundan sonra Fransanın ATƏT-in Minsk qrupunda təmsilçilik baxımından mənəvi və hüquqi haqqını itirdiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti