...

Yaxın vaxtlarda Azərbaycan və Rusiya dövlət sərhədinin demarkasiyası prosesinə başlanacaq

Siyasət Materials 22 Fevral 2012 13:23 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycan və Rusiya dövlət sərhədinin demarkasiyası prosesinə başlanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən kollegiya iclasında Komitənin sədri Qərib Məmmədov bildirib.
Yaxın vaxtlarda Azərbaycan və Rusiya dövlət sərhədinin demarkasiyası prosesinə başlanacaq

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir A.Axundov/

Yaxın vaxtlarda Azərbaycan və Rusiya dövlət sərhədinin demarkasiyası prosesinə başlanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən kollegiya iclasında Komitənin sədri Qərib Məmmədov bildirib.

Məmmədov deyib ki, Azərbaycan ilə Rusiya Federasiyası arasındakı dövlət sərhədində delimitasiya məqsədləri üçün müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri aparılıb.

Onun sözlərinə görə, Azərbaycan ilə İran arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri aparılıb.

Azərbaycan ilə Rusiya Federasiyası arasında 390 km uzunluqda olan dövlət sərhədi delimitasiya olunub.

Hər iki ölkənin parlamentləri sərhəd haqqında müqaviləni ratifikasiya ediblər.

Qəribov daha sonra vurğulayıb ki, Azərbaycan ilə Gürcüstan arasında hələ ki, delimitasiya işləri tamamlanmayıb, ekspertlərin mütəmadi görüşləri keçirilir və sərhəd zolağında müvafiq ölçmə işləri aparılır. Azərbaycan Respublikasının Gürcüstan ilə dövlət sərhədinin uzunluğu 480 km təşkil edir. Bundan 280 km-i dövlət komissiyaları səviyyəsində razılaşdırılıb.

Eyni zamanda Dövlət Topaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının yerində qurulması) və sahil bərkitmə işlərində fəal iştirak edirlər. Azərbaycan və İran mütəxəssisləri mütəmadi olaraq ikitərəfli görüşlərdə və birgə işlərin aparılmasında iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti