...

Bakıda Macarıstan Günü keçiriləcək

Siyasət Materials 23 Fevral 2012 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir S.Ağayeva/

Aprel ayında Bakıda Macarıstan Gününün keçirilməsi planlaşdırılır.

Macarıstanın Azərbaycandakı səfirliyi aprelin 20-də Muğam Mərkəzində Macarıstan Günü təşkil edəcək. Bu barədə cümə axşamı Trend-ə bu ölkənin Azərbaycandakı səfiri Jolt Çutora məlumat verib.

Bakıdakı bu tədbirdə iştirak etmək üçün macar musiqi ansamblı, rəqs qrupunun səfəri gözlənilir.

Səfirin sözlərinə görə, Azərbaycan tamaşaçılarının macar musiqisi, incəsənəti, rəqsləri ilə yaxından tanış ola biləcəyi əsl tamaşa təşkil ediləcək. Tədbir zamanı tamaşaçılar macar şərabı və milli mətbəxinin nümunələrindən dada biləcəklər.

Bakıdakı Macarıstan Günü çərçivəsində rəqs evinin açılması da planlaşdırılır.

Gələcəkdə azərbaycanlı və macar rəssamların Bakı və Budapeştdə sərgilərinin təşkili də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti