...

Şimali Kiprdə Xocalı soyqırımı ilə bağlı yürüs-mitinq keçirilib (FOTO)

Siyasət Materials 26 Fevral 2012 09:51 (UTC +04:00)
Şimali Kiprin Doğu Akdeniz Universitetində “Xocalı –acı gerçək” adlı beynəlxalq elmi- praktik konfrans keçirilib
Şimali Kiprdə Xocalı soyqırımı ilə bağlı yürüs-mitinq keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/

Şimali Kiprin Doğu Akdeniz Universitetində "Xocalı -acı gerçək" adlı beynəlxalq elmi- praktik konfrans keçirilib.

Konfransdan öncə Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyəti və eyni adlı Universitetin Tələbə Şurasının təşkilatçılığı ilə yürüs-mitinqi həyata keçirilib. Mitinqə universitetdə təhsil alan azərbaycanlı tələblərlə yanaşı , digər xarici tələbələr də qatılıb.

Trend-in məlumatına görə, bu barədə Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin Mədəniyyət şöbəsinin müdir müavini Cəfər Mənsimi məlumat verib. Məlumata görə, tələbə şəhərciyi adlanan yerdən, Atatürk Heykəlinin önünə qədər davam edən mitinq zamanı "Hepimiz Xocalılıyıq'', "Qarabağ bizimdir, bizim də olacaq'', "Şəhidlər ölməz, vətən bölünməz", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun", "Qoruyun özünüzü biz gəlirik", "Ya Qarabağ, ya ölüm başqa yol yox", "Xar olsun erməni, yaşasın türklər" kimi şüarlar səsləndirilib.

Daha sonra tələbələr Atatürk Heykəlinin önündə toplaşıblar. Burada Azərbaycan və Türkiyə Cümhuriyyətinin himnləri səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra türkiyəli tələbə Xocalı həqiqətlərindən bəhs edən şeir səsləndirilib.

Bundan sonra Doğu Akdeniz Universitetinin rektoru, professor, Abdullah Öztoprak, eyniadlı universitetin Tələbə Şurasının sədri Ekrem Soyşen və universitetin Azərbaycan Cəmiyyətinin rəhbəri Elşin Süleymanov Atatürk heykəlinin önünə əklil qoyaraq, çıxış etdilər.

Universitetin rektoru, professor Abdullah Öztoprak iştirakçıları salamlayaraq, ermənilərin etdikləri murdar hərəkətləri kəsin şəkildə qınayaraq bildirdi:

"Xocalı soyqırımının baş verməsində ruslar və avropalıların da böyük rolu var. Kıbrıslı vətəndaş olaraq mən onları da qınayıram. Dünya buna göz yumur, halbuki bu yöndə çoxlu işlər görülməlidir".

Xəbər lenti

Xəbər lenti