...

Xorvatiya Prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 6 Mart 2012 16:31 (UTC +04:00)
Xorvatiya Prezidenti İvo Yosipoviç martın 10-13-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Xorvatiya Prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir S.Ağayeva/

Xorvatiya Prezidenti İvo Yosipoviç martın 10-13-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Zaqrebdəki səfirliyindən məlumat veriblər.

Səfər zamanı Xorvatiya Prezidenti ölkə rəhbərliyi ilə rəsmi görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

Səfər çərçivəsində əməkdaşlığın gələcək inkişafı üzrə sənədlər paketinin imzalanması da gözlənilir.

Xəbər lenti

Xəbər lenti