Azərbaycan, Bakı, 15 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Rusiyanın diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılmasına dair Sazişi təsdiqləyib.
Azərbaycan Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıb ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında" 2012-ci il yanvarın 19-da Moskva şəhərində imzalanmış Saziş təsdiq edilsin.