...

Meksikada Novruz bayramı münasibətilə tədbir keçirilib

Siyasət Materials 23 Mart 2012 09:57 (UTC +04:00)
Azərbaycanın Meksikadakı səfirliyində Novruz bayramı münasibətilə tədbiri keçirilib.
Meksikada Novruz bayramı münasibətilə tədbir keçirilib

Azərbaycan, Bakı, 23 mart /Trend/

Azərbaycanın Meksikadakı səfirliyində Novruz bayramı münasibətilə tədbiri keçirilib.

Səfirlikdən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin üzvləri, o cümlədən Gürcüstanın Meksikadakı səfiri, Meksikada yaşayan həmvətənlərimiz və İran vətəndaşları olan azərbaycanlılar, habelə Türkiyə, Ukrayna, rus, tatar və yəhudi icmalarının nümayəndələri və Meksikanın müxtəlif təşkilatlarını təmsil edən səfirliyin digər dostları da iştirak ediblər.

Səfir İlqar Muxtarov tədbirdə çıxış edərək, Novruz bayramı münasibətilə Azərbaycan hökuməti adından səfirliyin qonaqlarını, Meksikada yaşayan həmvətənlərimizi və Novruz bayramını qeyd edən xalqları təbrik edib.

Bayram şənliyində qonaqlara Novruz bayramının rəmzlərindən hesab edilən Azərbaycanın milli mətbəxinə məxsus müxtəlif təamlar və şirniyyatlar təqdim edilib, bayram tonqalı yandırılıb, Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilib.

Xəbər lenti

Xəbər lenti