...

Medvedev və Ərdoğan regional məsələləri müzakirə ediblər

Siyasət Materials 27 Mart 2012 14:51 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedev Seulda Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.
Medvedev və Ərdoğan regional məsələləri müzakirə ediblər

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A.Tağıyeva/

Rusiya Prezidenti Dmitri Medvedev Seulda Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüş keçirib. Bu barədə çərşənbə axşamı Trend "Yeni Şafak" qəzetinə istinadən məlumat verir.

İki lider regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Sergey Prixodko iştirak ediblər. Ərdoğanla birgə Türkiyə tərəfini xarici işlər naziri Əhməd Davudoğlu və iqtisadiyyat naziri Zəfər Çağlayan təmsil ediblər.

Xəbər lenti

Xəbər lenti