...

Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün 50 milyon manat vəsait ayrılıb

Siyasət Materials 29 Mart 2012 18:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün 50 milyon manat vəsait ayrılıb

Azərbaycan, Bakı, 29 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Fövqəladə Hallar Nazirliyinə 50,0 (əlli) milyon manat vəsaitin ayrılması üzrə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmək, Fövqəladə Hallar Nazirliyinə bu sərəncamın icrası ilə bağlı müvafiq şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün fərdi yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirilməsi, habelə subasmadan ziyan çəkmiş ailələrin sosial müdafiəsi üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi işlərinin başa çatdırılmasını sürətləndirmək; bu sərəncamla bağlı görülmüş işlər barədə məlumatı üç ayda bir dəfə Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Kür və Araz çaylarının daşması nəticəsində Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Zərdab rayonlarında və Şirvan şəhərində 27 yaşayış məntəqəsi, ümumilikdə 70 min hektar ərazi subasmaya məruz qalıb, minlərlə fərdi yaşayış evi, sosial obyektlər uçub və ya qəzalı vəziyyətə düşüb.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar görülmüş tədbirlər nəticəsində 5 yeni qəsəbə salınıb, 3 mindən artıq ev, yüzə yaxın sosial və infrastruktur obyekti tikilib və ya bərpa olunub, 5 min evdə təmir işləri aparılıb. Əmlaklarına və əkin sahələrinə dəymiş ziyana görə əhaliyə 20 milyon manat məbləğində kompensasiya ödənilib.

Xəbər lenti

Xəbər lenti