...

Azərbaycanda İsrailin "məxfi platsdarmı" yoxdur – səfirlik

Siyasət Materials 3 Aprel 2012 03:37 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfirliyi "Foreign Policy" jurnalında dərc olunan Azərbaycanın İranla sərhəd ərazisində yerləşən aeroportları guya İsrailə icarəyə verdiyi barədə məqaləni bazar ertəsi qəti şəkildə təkzib edib.
Azərbaycanda İsrailin "məxfi platsdarmı" yoxdur – səfirlik

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycanın ABŞ-dakı səfirliyi "Foreign Policy" jurnalında dərc olunan Azərbaycanın İranla sərhəd ərazisində yerləşən aeroportları guya İsrailə icarəyə verdiyi barədə məqaləni bazar ertəsi qəti şəkildə təkzib edib.

Trend-in məlumatına görə, səfirliyin müşaviri Nərgiz Qurbanova həmin jurnalda dərc etdirdiyi öz məqaləsində Mark Perrinin "İsrailin məxfi platsdarmı" adlı məqaləsini oxuduğundan təəccübləndiyini bildirib.

"Müəllif adı çəkilməyən mənbələrə və anlaşılmaz şərhlərə əsaslanaraq müxtəlif iddialar irəli sürür. Görünür ki, Azərbaycan və İsrailin dostluq münasibətlərindən narazı olan Perri hansısa səbəbə görə Azərbaycan və yəhudi xalqları arasında tarixi dostluğu İrana qarşı müharibəyə hazırlanmasına bərabər tutur" deyə Qurbanovanın məqaləsində vurğulanır.

Məqalədə qeyd edilir ki, bu ittihamlar əssazdır və Azərbaycanın öz ərazisindən hər hansı bir qonşuya qarşı istifadə edilməsinə yol verilməyəcəyi ilə bağlı və aydın şəkildə xülasə edilmiş siyasətinə ziddir.

Daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi da bu məlumatı təkzib edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib ki, bu məlumatın heç bir əsası yoxdur və tamamilə cəfəngiyyatdır.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, Azərbaycan dövlətinin ərazisindən İrana qarşı heç vaxt istifadə olunmayıb, olunmur və olunmayacaq.

Xəbər lenti

Xəbər lenti