Azərbaycan, Bakı, 4 aprel /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Çexiya Respublikasına dövlət səfərinə gəlib.
Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın "Stara Ruzine" Hökumət Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Azərbaycan Prezidenti Çexiyaya dövlət səfərinə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Çexiya Respublikasına dövlət səfərinə gəlib.
