Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun aprelin 8-9-da Azərbaycana rəsmi səfər gələcəyi nəzərdə tutulur. Bu barədə cümə axşamı Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Matviyenkonun səfər çərçivəsində ölkə rəhbərliyi, həmçinin Milli Məclisin spikeri Oqtay Əsədovla görüşləri nəzərdə tutulur.