...

Pan Gi Mun Bakıya foruma dəvət edilib

Siyasət Materials 6 Aprel 2012 10:15 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun İkinci Bakı Beynəlxalq Humanitar Forumuna dəvət alıb. Forum Azərbaycan və Rusiya prezidentlərinin hamiliyi ilə keçiriləcək.
Pan Gi Mun Bakıya foruma dəvət edilib

Azərbaycan, Bakı, 6 aprel /Trend/

BMT-nin baş katibi Pan Gi Mun İkinci Bakı Beynəlxalq Humanitar Forumuna dəvət alıb. Forum Azərbaycan və Rusiya prezidentlərinin hamiliyi ilə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy BMT-nin mənzil-qərargahında Pan Gi Munla görüşdən sonra bəyan edib.

"Bu, şübhəsiz ki, BMT-nin diqqətinə layiq olan hadisədir. Baş katib məmnuniyyətlə dəvəti qəbul etdi. Ona bu son dərəcə maraqlıdır. Xüsusilə də Azərbaycan indi BMT TŞ-nin üzvüdür. Moskvanın bu humanitar forumun keçirilməsində Bakının tərəfdaşı olması bu tədbirin bir dövlətin çərçivəsindən kənara çıxdığına işarədir", - o, İTAR-TASS-ın müxbirinə bildirib.

Birinci Bakı Beynəlxalq Humanitar Forumu 2011-ci il oktyabrın 10-11-də Rusiya və Azərbaycanın təşəbbüsü ilə prezidentlər Dmitri Medvedev və İlham Əliyevin himayəsi altında keçirilib. Orada 20 ölkədən məşhur siyasətçilər, alimlər, mədəniyyət xadimləri, eləcə də 6 keçmiş prezident və 5 Nobel mükafatı laureatı var.

Xəbər lenti

Xəbər lenti