...

Brüsseldə "Azərbaycan: Qərblə Şərq arasında körpü" mövzusunda təqdimat keçirilib

Siyasət Materials 6 Aprel 2012 14:53 (UTC +04:00)
Brüsseldə "Azərbaycan: Qərblə Şərq arasında körpü" mövzusunda təqdimat keçirilib.
Brüsseldə "Azərbaycan: Qərblə Şərq arasında körpü" mövzusunda təqdimat keçirilib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir S.Ağayeva/

Brüsseldə "Azərbaycan: Qərblə Şərq arasında körpü" mövzusunda təqdimat keçirilib. Təqdimatı Brüssel Amerika Klubunun üzvləri üçün NATO yanında Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim təşkil edib.

Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, İbrahim iştirakçılara Azərbaycanın tarixi, geostateji mövqeyi, xarici siyasəti, karbohidrogen resursları, enerji təhlükəsizliyi, Ermənistan-Azərbaycan münaqişəsi və onun regional inkişafa mənfi təsirləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, nəqliyyat və tranzit məqsədləri üçün ölkəmizin əhəmiyyətli rolu kimi istiqamətlər üzrə məlumat verib.

Qonaqlar ölkəmizin daxili və xarici siyasətinə, o cümlədən qonşu dövlətlərlə əlaqələr, neft gəlirlərinin bölgüsü, turizm potensialının gücləndirilməsi imkanlarına dair suallar veriblər.

Tədbirdə klubun idarə heyətinin üzvləri, o cümlədən ABŞ, Almaniya, Belçika, İrlandiya, Kanada, Litva və s. dövlətlərdən olan 38 nəfər iştirak edib.

Brüssel Amerika Klubu 1921-ci ildə bir qrup ABŞ biznesmenləri tərəfindən yaradılıb. Əvvəllər Brüsseldə yaşayan amerikalılar arasında sosial və biznes əlaqələri inkişaf etdirmək məqsədilə təsis edilib. Hazırda isə bu klub eyni maraqlara xidmət edən digər dövlətlərin vətəndaşları üçün də açıqdır və 20-dən çox dövlətin vətəndaşlarını özündə birləşdirir.

Xəbər lenti

Xəbər lenti