...

Azərbaycan deputatı Türkiyədə Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək

Siyasət Materials 7 Aprel 2012 11:06 (UTC +04:00)
Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov XV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün Türkiyədə səfərdə olacaq.
Azərbaycan deputatı Türkiyədə Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov XV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün Türkiyədə səfərdə olacaq.

Trend şənbə günü Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, tədbir Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin İstanbul və İzmir şəhərlərində keçiriləcək.

Yığıncaqda iqtisadi, siyasi, sosial, enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, bu istiqamətlərdə təcrübə və informasiya mübadiləsi, mədəniyyətlərarası dialoq mövzularında müzakirələr aparılacaq.

Valeh Ələsgərov toplantıda qaldırılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, öz təkliflərini verəcək.

Səfər aprelin 13-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti