...

Seymur Orucov: YAP Gənclər Birliyi idman lahiyələrində yaxından iştirak edir

Siyasət Materials 9 Aprel 2012 17:05 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi ilə Atçılıq Federasiyası arasında görüş keçirilib.
Seymur Orucov: YAP Gənclər Birliyi idman lahiyələrində yaxından iştirak edir

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi ilə Atçılıq Federasiyası arasında görüş keçirilib.

Trend-in məlumatına görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyevin də iştirak etdiyi görüşdə Orucov YAP Gənclər Birliyinin idman lahiyələrində də yaxından iştirak etməsini vurğulayıb.

O, qeyd edib ki, atçılıq milli adət ənənələrimizə uyğun idman növüdür və bu idman növünə şübhəsiz ki, YAP Gənclər Birliyi və ümumiyyətlə, Azərbaycan hökuməti böyük diqqət ayırır.

Orucov bildirib ki, YAP Gənclər Birliyi gələcəkdə də bu sahədə, həmçinin digər sahələrdə həyata keçiriləcək layihələrdə yaxından iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti