...

GUAM dövlətlərinin BMT yanında daimi nümayəndələri brifinq keçiriblər

Siyasət Materials 13 Aprel 2012 08:46 (UTC +04:00)
Cümə axşamı "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat"-GUAM dövlətlərinin BMT yanında Daimi Nümayəndələri tərəfindən BMT Baş Assambleyasının 66-cı sessiyasının "GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" adlı 35-ci bəndi ilə bağlı brifinq keçirilmişdir.
GUAM dövlətlərinin BMT yanında daimi nümayəndələri brifinq keçiriblər

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Cümə axşamı "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat"-GUAM dövlətlərinin BMT yanında Daimi Nümayəndələri tərəfindən BMT Baş Assambleyasının 66-cı sessiyasının "GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" adlı 35-ci bəndi ilə bağlı brifinq keçirilmişdir.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, brifinqdə diplomatlar və mətbuat nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Səfir Aqşin Mehdiyev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, bu işğalın ölkəmiz üçün doğurduğu ağır fəsadlar və Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi barədə geniş məlumat vermişdir.

A.Mehdiyev vurğulamışdır ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə qısa zaman ərzində həll edilməsi və nəticələrinin aradan qaldırılmasında ən maraqlı tərəfdir. Azərbaycanın ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə sadiq qaldığını bildirən Səfir, bununla belə ölkəmizin hazırda mövcud olan status-kvonun qanuniləşdirilməsinə əsaslanacaq həll variantını heç bir zaman qəbul etməyəcəyini, Azərbaycanın ərazi bütövlüyünün kompromis obyekti olmadığını və olmayacağını vurğulamışdır. Daimi Nümayəndə qeyd etmişdir ki, münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həll edilməsinə alternativ yoxdur. Təəssüf ki, Ermənistanın siyasi rəhbərliyi apardıqları qeyri-konstruktiv və təhlükəli siyasətin perspektivinin olmadığını başa düşmürlər.

Daimi Nümayəndə bildirmişdir ki, GUAM məkanında olan davamlı münaqişələr təkcə bu ölkələr üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün də narahatlıq doğurmalıdır. Buna görə də, GUAM beynəlxalq təşkilatlar çərçivəsində münaqişələrin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında həlli istiqamətində öz fəaliyyətini davam etdirəcəkdir.

Gürcüstanın Daimi Nümayəndəsi Cənubi Osetiya və Abxaziya, Moldovanın Daimi Nümayəndəsi Dnestryanı bölgədəki münaqişələr, Ukraynanın Daimi Nümayəndəsi isə GUAM çərçivəsində əməkdaşlıq barədə məlumat vermişlər.

Brifinqin sonunda GUAM-a üzv dövlətlərin Daimi Nümayəndələri onlara ünvanlanmış sualları cavablandırmışlar.

Xəbər lenti

Xəbər lenti