...

Bəhruz Kəngərlinin 120 illik yubileyi keçiriləcək

Siyasət Materials 13 Aprel 2012 18:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında sərəncam imzalayıb.
Bəhruz Kəngərlinin 120 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 13 parel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Bəhruz Kəngərlinin 120 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2012-ci ildə Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Şirəlibəy oğlu Kəngərlinin 120 illiyi tamam olub.

Bəhruz Kəngərli milli təsviri incəsənətdə realist dəzgah boyakarlığının yaradılmasına misilsiz töhfələr verib, portret və mənzərə janrının formalaşmasında böyük rol oynayıb. Sənətkarın zəngin irsi xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirir. Bəhruz Kəngərli ölkəmizdə teatr rəssamlığının banilərindəndir.

Xəbər lenti

Xəbər lenti