...

Erməni Milli Konqresi: Hakim partiya bərabər rəqabət şəraitini pozur

Siyasət Materials 14 Aprel 2012 10:33 (UTC +04:00)
Yerevan meriyası və "EQA" MMC-nın və 2-ci birmandatlı dairə seçki komissiyasının uyğunlaşdırılmış hərəkətləri nəticəsində də göstərilən dairədə deputatlığa namizədlərin bərabər rəqabət şəraiti pozulub. Trend “Armenya Today” saytına istinadən məlumat verir.
Erməni Milli Konqresi: Hakim partiya bərabər rəqabət şəraitini pozur

Azərbaycan, Bakı, 14 aprel / Trend/

Yerevan meriyası və "EQA" MMC-nın və 2-ci birmandatlı dairə seçki komissiyasının uyğunlaşdırılmış hərəkətləri nəticəsində də göstərilən dairədə deputatlığa namizədlərin bərabər rəqabət şəraiti pozulub. Trend "Armenya Today" saytına istinadən məlumat verir.

Bu barədə 2-ci seçki dairəsindən öz namizədliyini çirəli sürmüş Erməni Milli Konqresinin üzvü Vladimir Karapetyanın seçkiqabağı qərargahının bəyanatında deyilir. Bəyanatda habelə qeyd olunur:

"2-ci seçki dairəsindən deputatlığa namizədlərin təbliğat plakatlarının quraşdırılması məqsədilə Vladimir Karapetyan "EQA" MMC ilə müavilə bağlayıb və müvafiq məbləğ ödəyib.Təbliğat plakatlarının şirkətə məxsus 22 saylı (Nor-Norkdakı 4 və 5-ci massivin arasında yerləşən) sipərdə quraşdırılmasına dair şifahi razılaşma əldə olunub. Lakin bu günə kimi plakat quraşdırılmayıb.

Baxmayaraq ki, müqavilədə Yerevan meriyası ilə razılaşdırmaya ehtiyacın olması haqqında müvafiq bənd yoxdur, ancaq şirkət müqavilənin müddəalarının yerinə yetirilməməsini məhz bələdiyyənin müvafiq icazəsinin olmaması ilə əsaslandırır. Şirkətin nümayəndəsinin sözlərinə görə, icazə olmadan müqavilə yerinə yetirilə bilməz.

V. Karapetyan 2-ci birmandatlı dairə seçki komissiyasının sədrini yaranmış problemlə bağlı şəxsən məlumatlandırıb və ondan bərabər rəqabət şəraitinin bərpa olunması üçün tədbirlər görməyi xahiş edib.

"Ermənistanın və "EQA" MMC-ının səlahiyyət verilmiş orqanlarının fəaliyyətsizliklərini nəzərə alaraq, bir halda təbliğatın bərabər şəraitinin təminatı üçün, ikinci halda müqavilənin müddəalarının icrası istiqamətində Vladimir Karapetyanın seçkiqabağı qərargahı bildirir ki, Yerevanın meriyası, "EQA" MMC-nın və 2-ci birmandatlı dairə seçki komissiyasının uyğunlaşdırılmış hərəkətləri nəticəsində, ikinci seçki dairəsində Ermənistanın Seçki Məcəlləsinin 20-ci maddəsini 1-ci hissəsinin tələbləri pozulur. Dövlət strukturları tərəfindən şəxsi şirkətə təzyiq göstərilməsinə vasitəsi ilə növbəti dəfə Ermənistanın hakim Respublika partiyasının namizədi ilə Erməni Milli Konqressinin nümayəndəsi arasında bərabər olmayan şərait yaratmaq cəhdi həyata keçirilir",-bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti